Bu günə qədərki ən qara material istehsal edildi


Digərləri 16 Sen 2019 08:55:00 215 0

Bu günə qədərki ən qara material istehsal edildi

Qara rəng daha da qara oldu. Tədqiqatçılar, bu günə qədər əldə edilmiş ən qara rəngi əldə etdilər. Sözügedən rəng, işığı maksimum səviyyədə udduğuna görə ultra qara bir görüntü verir.

Daha öncələr Darker Than Black, yəni, qaradan daha qara adlı bir animasiya vardı. Görünüşə görə MIT tədqiqatçıları bunu gərçəz zamanda reallaşdırmaq qərarına gəliblər.   Son.az chip.az-a istinadən bildirir ki, MIT mühəndislərinin verdiyi açıqlamaya görə, bu günə qədərki ən qara rəngdən ən az 10 dəfə qara bir material əldə edilib. Bu material, uzununa yerləşdirilmiş karbon nanoampulalardan alınıb. Mikroskopik Karbon Filament (CNT) adlı bu quruluşlar,  xlorinə məruz qalan alüminium folqa üzərində ortaya çıxır. Gələn işığın yalnız on mində 4-ü geri əks olunur.

Həmçinin bu materialdan hazırlanan bir material sərgiyə çıxarılıb. 16,78 karatlık təbii, sarı kristal istifadə edilən təxminən 2 milyon dollarlıq daş, yeni ultra qara material ilə örtülüb. Nəticə olaraq, qiymətli daş düz, qara bir boşluq kimi görünüb.

Tədqiqatçılar bu materialının arzuolunmaz parlaqlığı əngəlləmək üçün optik sistemlərdən istifadə edərək, xarici planetləri tədqiq edən teleskoplarda mühüm rol oynaya biləcəyini bildirirlər.

(adsgarden = window.adsgarden || []).push({});