Tramp Ruhani ilə görüşü istisna etməyib


Dünya 16 Sen 2019 08:23:00 216 0

Tramp Ruhani ilə görüşü istisna etməyib

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında pilotsuz uçuş aparatları tərəfindən neft obyektlərinin atəşə tutulması ilə bağlı insidentə baxmayaraq İran perizdenti Həsən Ruhani ilə görüşünü istisna etməyib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ prezidentinin müşaviri Kellienn Konuey deyib.

"Fox News" telekanalının efirində K.Konuey bildirib ki, D.Tramp BMT Baş Assmableyası çərçivəsində İran lideri ilə görüşü nəzərdən keçirməyə hazırdır: "Lakin bizim prezidentlə əlaqəli halda görüşün keçirilməsi və ya razılaşmanın imzalanması üçün münasib şərait olmalıdır".