Kolumbiyada təyyarə qəzaya uğrayıb, ölənlər var


Digərləri 16 Sen 2019 08:26:00 208 0

Kolumbiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Kolumbiyanın qərbində təyyarə qəzaya uğrayıb

Bakı. Kolumbiyanın qərbində təyyarə qəzaya uğrayıb. Trend-in "El Tiempo" qəzetinə istinadən verdiyi məlumata görə, insident Popayan şəhərində (Kauka departamentinin paytaxtı) baş verib. Məlumata əsasən, Lopes-de-Mikay bələdiyyəsi istiqamətində uçan ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub. Bildirilir ki, təyyarənin göyərtəsində 9 nəfər olub. Xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib.