Somalidə silahlı toqquşma zamanı 9 nəfər həlak olub


Dünya 16 Sen 2019 07:55:00 221 0

Somalidə silahlı toqquşma zamanı 9 nəfər həlak olub

Somalinin cənub hissəsində hökumət qüvvələri və "Əş-Şəbab" terror qruplaşmasının üzvləri arasında silahlı toqquşma olub.

Son.az Trend-ə istinadən bildirir ki, Aşağı Şabelle regionunun Qoryoley şəhərində baş verən toqquşmada 9 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

Yaşayış məntəqəsinin rəhbəri Səid Əli Abrahim bildirib ki, terrorçular hökumət qüvvələrinin bazasını minaatanlardan atəşə tutublar. Lakin daha sonra onların hücumunun qarşısı alınıb.

Onun sözlərinə görə, hazırda şəhər hökumət qüvvələrinin nəzarəti altındadır.