Əlcəzairdə prezident seçkilərinin keçiriləcəyi tarix bəlli oldu


Dünya 16 Sen 2019 07:25:00 249 0

Əlcəzairdə prezident seçkilərinin keçiriləcəyi tarix bəlli oldu

Əlcəzairdə prezident seçkiləri dekabrın 12-si keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Əlcəzairin müvəqqəti prezidenti Əbdülqadir Binsaleh dövlət televiziyasının efirində deyib.

Ə. Binsaleh bildirib: "Prezident seçkiləri cümə axşamına, 2019-cu il 12 dekabr tarixinə təyin edilir, bu isə konstitusiyanın müddəlarına uyğundur".

Müvəqqəti prezident əlavə edib ki, qarşıdan gələn seçkilər öz əhəmiyyətinə görə ölkədə etimadın təmin edilməsi üçün misilsiz fürsət olacaq.