Ruhani Ankaraya gedib


Dünya 16 Sen 2019 07:15:00 236 0

Ruhani Ankaraya gedib

İran prezidenti Həsən Ruhani Türkiyənin paytaxtı Ankaraya səfərə gedib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İran prezidentinin rəsmi saytında bildirilir.

Məlumata əsasən, H.Ruhani Ankaraya sentyabtın 16-sı keçiriləcək Suriya üzrə üçtərəfli sammitdə iştirak etmək üçün səfər edib.

Qeyd edilir ki, Rusiya və Türkiyə liderləri ilə üçtərəfli görüşdən əlavə, İran prezidenti Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ilə ikitərəfli görüşlər də keçirəcək.