Somalidə silahlı toqquşma zamanı 9 nəfər həlak olub


Digərləri 16 Sen 2019 03:35:00 230 0

Somalidə silahlı toqquşma zamanı 9 nəfər həlak olub

Somalinin cənub hissəsində hökumət qüvvələri və "Əş-Şəbab" terror qruplaşmasının üzvləri arasında silahlı toqquşma olub

Bakı. Somalinin cənub hissəsində hökumət qüvvələri və "Əş-Şəbab" terror qruplaşmasının üzvləri arasında silahlı toqquşma olub. Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, Aşağı Şabelle regionunun Qoryoley şəhərində baş verən toqquşmada 9 nəfər həlak olub, 6 nəfər isə yaralanıb. Yaşayış məntəqəsinin rəhbəri Səid Əli Abrahim bildirib ki, terrorçular hökumət qüvvələrinin bazasını minaatanlardan atəşə tutublar. Lakin daha sonra onların hücumunun qarşısı alınıb.