Daha iki boksçumuz dünya çempionatında 1/8 finalda iştirak hüququ qazanıb


Digərləri 16 Sen 2019 03:01:16 214 0

Daha iki boksçumuz dünya çempionatında 1/8 finalda iştirak hüququ qazanıb

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir

Bakı. Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. Trend-in Azərbaycan Boks Federasiyasına istinadən verdiyi məlumata görə, mundialın yeddinci günündə Azərbaycan millisinin 3 boksçusu qüvvəsini sınayıb. Onlardan ikisi mərhələ adlayıb, biri yarışla vidalaşıb. Yığma üzvlərindən Tayfur Əliyev 1/16 final çərçivəsində ilk mərhələdən azad olan türkmənistanlı Yazmurat Qurbanovla qarşılaşıb. 57 kq çəkidə aparan boksçu Tiaqo Puqnonun (İsveçrə) ardınca bu rəqibini də dünya çempionatından kənarlaşdırıb. O, yenə 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:25) hesablı qələbə qazanıb. T. Əliyev 1/8 finalda ingiltərəli Peter Makqraillə qarşılaşacaq. Avropa Oyunlarının qalibi Dominqes Alfonso (81 kq) da günü qalib kimi başa vurub. İlk görüşdən azad olan boksçu 1/16 finalda Qazimaqomed Calidovla (İspaniya) üz-üzə gəlib. Gərgin keçən döyüşdə təmsilçimiz rəqibini 3:2 (30:27, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, 1/8 final döyüşündə avstriyalı Umar Cambekovla münasibətinə aydınlıq gətirəcək.