Dağıstanda futbol matçı zamanı kütləvi dava baş verib, xəsarət alan var


Digərləri 16 Sen 2019 02:19:00 198 0

Dağıstanda futbol matçı zamanı kütləvi dava baş verib, xəsarət alan var

Dağıstanın paytaxtı Mahaçqala şəhərində futbol matçı zamanı kütləvi dava baş verib

Bakı. Dağıstanın paytaxtı Mahaçqala şəhərində futbol matçı zamanı kütləvi dava baş verib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin "İnstaqram" səhifəsində bildirilir. Məlumatda deyilir: "Mahaçqalanın "Trud" meydançasında iki futbol komandası arasında dava baş verib. Davada təxminən 40 nəfər iştirak edib". Bildirilir ki, polislər davada iştirak edən 5 nəfəri saxlayıblar.