Kolleksiyaçı 12 müxtəlif rəngli RollsRoyce avtomobiilərini toplayıb FOTO


Digərləri 15 Sen 2019 23:58:00 244 0

Kolleksiyaçı 12 müxtəlif rəngli RollsRoyce avtomobiilərini toplayıb  FOTO

Rolls-Royce şirkətinin sadiq müştərilərindən sayılan Maykl Fuks bu markadan olan 12 müxtəlif modelin sahibidir. Məlumdur ki, hər bir Rolls-Royce sahibi sifariş zamanı geniş fərdiləşdirmə imkanlarına malikdir. Siz britaniya markasının təklif etdiyi geniş rəng çeşidindən birini seçmək və hətta, yenisini belə yaratmaq imkana maliksiniz. Bu da azmış kimi, yaradılmış yeni rəngə sizin adınızı da verilə bilərlər.

Son.az autograph.az-a istinadən bildirir ki, Maykl Fuksun sifariş etdiyi Rolls-Royce Cullinan modeli onun yaratdığı narıncı rənginə boyanıb. Rolls-Royce Bespoke bölümü yeni rəngi müştərisinin şərəfinə Fux Orange adlandırıb. Fuksun markaya sadiqliyi və yeni avtomobillərin alınmasında yol verdiyi stabillik britaniya markasının rəhbərliyinin heyranlığına səbəb olub. Bu səbəbdən də, orijinal Rolls-Royce Cullinan modelini ona şəxsən şirkətinin rəhbəri Torsten Müller-Otvos təqdim edib.

Şirkət rəhbəri Fuksun maksimal dərəcədə fərdiləşdirilmiş kolleksiyasının 12 avtomobildən ibarət olduğunu və bu yaxınlarda kolleksiyanın zəriflik müsabiqələrinin birində nümayiş etdiriləcəyini bildirib. Fuksun avtomobillərinin boyandığı rənglərin hüququ yalnız kolleksiyaçıya məxsusdur və onun icazəsi olmadan digər avtomobillərin rənglənməsi üçün istifadə edilə bilməz. Narıncı rəngdən başqa, Fuksun kolleksiyasında mirvari, yaşıl, mavi, qırmızı və sarı rənglərin xüsusi çalarları mövcuddur.

(adsgarden = window.adsgarden || []).push({});