Amerikalı bir qız YouTubedan 9 ayda 27 000 dollar qazanıb VİDEO


Digərləri 15 Sen 2019 23:35:00 256 0

Amerikalı bir qız YouTubedan 9 ayda 27 000 dollar qazanıb  VİDEO

Sosial mediada çalışan Natali Barbu YouTube-da həyat tərzi mövzusunda kanal işlədir. Onun 228 000 abunəçisi var və 2 il ərzində təxminən 50 000 dollar qazanıb.Bunun isə 27 000 dolları 9 ayda qazanılıb. Natali, Business İnsider-ə verdiyi müsahibəsində videolara gələn 100 000 baxış sayının nə qədər pul gətirməsindən və bir reklam nümayişinə görə 20 dollara qədər necə qazanmağın yollarından danışıb.

Son.az bizplus.az-a istinadən bildirir ki, Natali bu karyerasına 8 il budan əvvəl başlayıb və öz videobloqunu təqdim edib. O zaman hələ məktəbdə təhsil alırdı. Əvvəl o, buna qazanc obyekti kimi baxmasa da son ildə kanal ona tam iş gününün gətirdiyindən də çox  pul gətirməyə başlayıb. Ona görə də işdən ayrılır və bütün vaxtını YuoTube-a həsr edir.

Bugün Natali ancaq AdSence-dən ayda orta hesabla, 3000 dollar qazanır. 2012-ci ildə o bütün ilə 555 dollar, 2018-ci ildə isə 14 000 dollar-dan bir qədər az qazanıb.

Barbu-nun kanalında  20-dən çox video 100 000-dən artıq baxış sayı əldə edib. Natalinin Nyu-Yorka köçməsindən bəhs edən son videolarıdan biri üç həftə ərzində ona 600 dollar gətirib.

Belə videolar çarxda nə qədər reklamın yer almasından asılı olaraq ona orta hesabla 500-1000 dollar qazandırır. Bir neçə il bundan qabaq o, 100 000 baxış sayından cəmi 100 dollar qazanırdı. Çünki çarxa yalnız bir reklam yerləşdirirdi. Bugün Natali 10 dəqiqəlik videolar hazırlayır ki, onlara ən azı 3 reklam qoya bilsin.

(adsgarden = window.adsgarden || []).push({});