Sağlam ailənin xüsusiyyətləri –


Digərləri 15 Sen 2019 23:15:00 305 0

Sağlam ailənin xüsusiyyətləri –

Bu gün cəmiyyətimizdə sağlam ailəyə malik olmaq ən mühüm məsələlərdən birinə çevrilmişdir. Boşanmaların sayı artmış və ailədə münaqişələr çoxalmışdır. Bəs sağlam ailənin xüsusiyyətləri nə olmalıdır?

1. Vəfadarlıq. Sağlam ailənin hər bir üzvü bir-birinə qarşı vəfadardır. Bu məsələ hər biri üçün əsil hədəfdir. Başqalarını da vəfadar olmağa təşviq edərlər.

2. Ailənin şad olması. Hər bir ailə üzvü çalışır ki, ailədə isti ab-hava yaratsın. Ailə üzvlərindən razılığını bəyan edər və ailə bağlarının möhkəm olması üçün səy göstərər. Ailə üzvlərinə müsbət və enerji verən sözlər deyər və müştərək həyatı daha şad və sevincli edər.

3. Boş zamanlarını ailəsinin istirahəti üçün ayırar. Belə bir ailə həm öz peşəsi ilə məşğul olmağa zaman tapar, həm də istirahət etmək üçün.

4. Rabitələri möhkəmdir. Bir-biri ilə yaxşı rabitə qurmaq məharətinə malikdirlər. Ailə üzvləri hiss edər ki, onları ürəyi yanan bir himayəçi himayə edir. Bu, o demək deyildir ki, mübahisə etmirlər. Xeyr, bəlkə münaqişə etdikləri mövzuları söhbət edərək, məsləhətləşərək aradan qaldırmağı bacarırlar.

5. Sağlam həyat tərzinə malikdirlər. Həyat tərzi ailə üzvlərinin rəftarına təsir göstərir. Bu insanlar sağlam qidalanır və xoşbəxtdirlər. İdman edir və ailədə olan stressi azaltmağa çalışırlar.

6. Bir neçə bədəndə olan vahid ruhdurlar. Bu insanlar Allahı həmişə öz əməllərinin naziri hesab edirlər. Bu dünyanı axirətə çatmaq üçün bir vasitə kimi görürlər. Bu etiqad onlara qüdrət verir ki, həyat çətinlikləri ilə rahat mübarizə apara bilsinlər.

(adsgarden = window.adsgarden || []).push({});