Suriya-Türkiyə sərhədində terror aktı, çox sayda ölən var


Digərləri 15 Sen 2019 22:05:28 228 0

Suriya-Türkiyə sərhədində terror aktı, çox sayda ölən var

Suriyanın şimalında Türkiyə ilə sərhəddə yerləşən Çobanbəy şəhərində terror aktı törədilib

Bakı. Suriyanın şimalında Türkiyə ilə sərhəddə yerləşən Çobanbəy şəhərində terror aktı törədilib. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yerli xəstəxananın binası yaxınlığında partlayıcı maddələrlə doldurulmuş avtomobil partladılıb. Partlayış nəticəsində azı 12 nəfər həlak olub, çox sayda insan xəsarət alıb. Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır. Bildirilir ki, ölənlərin və yaralananların sayı arta bilər.