Ruzi payından razı qalanların məqamı


Digərləri 15 Sen 2019 20:50:00 242 0

Ruzi payından razı qalanların məqamı

Allah-Taala bütün gizlində və aşkarda olan mövcudları elm və hikmət, ədl və rəhməti ilə yaratmış, hər birinə yer verib, ruzisini öhdəsinə götürmüşdür. Çalışıb fəaliyyət göstərən insan onun üçün müəyyən olunmuş ruziyə çatır. "Hud" surəsinin 6-cı ayəsində buyurulur: "Allah yer üzərində olan bütün canlıların ruzisini öhdəsinə götürmüşdür."

Ruzi bəndələrə iki surətdə çatır: kiminə gen-bol, kiminə məhdud. Şəksiz ki, burada bir hikmət vardır. "İsra" surəsinin 30-cu ayəsində oxuyuruq: "Şəksiz ki, sənin Allahın istədiyi kəsə ruzini artırar, istədiyi kəsə azaldar. Doğrudan da, O, Öz bəndələrindən xəbardar və görəndir."

Son.az maide.az-a istinadən bildirir ki, insanların halal ruzi qazanması üçün əkinçilik, heyvandarlıq, ticarət və sairə sahələr müəyyənləşdirilmişdir. Heç kəsə oğurluq, rüşvət, sələm, haram yolla ruzi müəyyənləşdirilməmişdir. Haram yolla qazanan insan onun üçün ayrılmış halal ruzini azaldır. Ayə və rəvayətlər insanları halal yolla, halal ruzi qazanmağa çağırır. İnsan halal yolla az qazansa belə, Allahın məsləhətindən razı qalmalıdır.

İslam dinində halal ruzi qazanmaq vacibdir və böyük ibadət hesab olunur. İslam Peyğəmbəri (s) buyurur: "Halal ruzi ardınca getmək hər bir müsəlman kişi və qadına vacibdir." ("Camiul-əxbar", səh.139.)

"Halal ruzi ardınca getmək Allah yolunda cihaddır."

Rəvayətlərdən məlum olur ki, bəzi işlər vasitəsi ilə ruzini artırmaq olar. Həzrət Peyğəmbər (s) bu istəkdə olan bir şəxsə belə buyurdu: "Paklıqda davamlı olsan, ruzin artacaqdır."

İmam Əli (ə) buyurur: "Din qardaşına kömək etmək ruzini artırır." ("Xisal", c.2, səh.504.)

"Əmanətdarlıq ruzini artırır." ("Mizanul-hikmət", 5-2056.)

İmam Baqir (ə) buyurur: "Din qardaşına gizlində edilən dua sənə gen-bol ruzi nazil edər." ("Biharul-ənvar", c.90, səh.386.)

İmam Sadiq (ə) buyurur: "Hər kəs öz ailəsinə gözəl xeyirxahlıq göstərsə, ruzisi artırılar." ("Biharul-ənvar", c.66, səh.407.)

"Gözəl əxlaq ruzini artırır." ("Mizanul-hikmət" 5-2056.)

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəs səy və zəhmətlə ruzi qazanarsa, Allah ona mərhəmət nəzəri ilə baxar və heç vaxt əzab etməz." ("Camiul-əxbar" səh.139.)

"Təlaş və zəhmətlə ruzi qazanan kəs Qiyamət günü peyğəmbərlər sırasındadır və o, peyğəmbərlərin savabını alar." ("Camiul-əxbar", səh.139.)

"İbadət on qisimdir, doqquz qismi halal ardınca getməkdir." ("Camiul-əxbar", səh.139.)

İmam Rza (ə) buyurur: "Şübhəsiz ki, hər kəs halal yolla ruzi ardınca gedib ailəsini möhtac olmaqdan qorusa, Allah yolunda cihad edəndən çox savab qazanar." ("Kafi", c.5, səh.88.)

Hər halda, ruzi dünya süfrəsinə qoyulmuş bir gerçəklikdir və Allahın məsləhətinə uyğun olaraq bu ruzidən hərənin öz payı vardır. Ruzinin gen-bolluğu ilahi məhəbbət dəlili deyildir. Eləcə də kasıbçılıq Allahın qəzəbini göstərmir. İstər var-dövlət, istərsə də kasıbçılıq bir imtahandır. Bu imtahanda varlıdan şükür, kasıbdan isə səbir intizarı var. Varlı malını sədəqə verməklə, kasıb isə şəxsiyyətini qoruyub əl açmamaqla böyük savablar əldə edə bilər.

(adsgarden = window.adsgarden || []).push({});