Audi etron quattro bir günə 10 ölkənin ərazisindən keçib VİDEO FOTO


Digərləri 15 Sen 2019 20:30:00 245 0

Audi etron quattro bir günə 10 ölkənin ərazisindən keçib  VİDEO  FOTO

Audi e-tron elektrik krossoveri 24 saat ərzində 1695 km qət edərək, 10 müxtəlif ölkənin ərazisindən keçib. Bir gün ərzində krossover Sloveniya, Avstriya, İtaliya, Lixtinşteyn, İsveçrə, Fransa, Almaniya, Lüksemburq və Belçikanın ərazilərini qət edib. Elektromobilin səyahəti Niderlandda başa çatıb.

Son.az autograph.az-a istinadən bildirir ki, bu ölkələrdə müxtəlif landşaftın olması e-tron modelini müxtəlif şəraitdə sınamağa imkan verib. Yürüşün 24 saatına krossoverin elektrik yükləməyə istifadə etdiyi zaman da daxildir. Litium-ion batareyasının daimi cərəyan qurğularından doldurulması sayəsində, batareyanın 80 faizinin doldurulmasına yarım saat vaxt sərf edilib. Yürüş zamanı batareyanı yeddi dəfə doldurmaq gərək olub.

Audi e-tron quattro keçən ilin payızında debüt edib. Krossover ümumi gücü 360 at qüvvəsi olan iki elektromotor ilə hərəkətə gəlir. Overboost rejimində güc aqreqatlarının hasilatını qısa müddətə 408 at qüvvəsinə qədər artırmaq mümkündür. Krossver 95 kVt/saatlıq batareya ilə təchiz edilir.

(adsgarden = window.adsgarden || []).push({});