Keniyalı atlet yarım marafonda dünya rekordu vurub


Digərləri 15 Sen 2019 19:20:00 232 0

Keniyalı atlet yarım marafonda dünya rekordu vurub

Keniyalı qaçışçı Ceffri Kipsang Kopenhagendəki yarı marafonda (21,1 km) dünya rekordunu yeniləyib

Keniyalı qaçışçı Ceffri Kipsang Kopenhagendəki yarı marafonda (21,1 km) dünya rekordunu yeniləyib. Trend-in məlumatına görə, onun nəticəsi 58 dəqiqə 1 saniyə təşkil edib. Beynəlxalq Atletika Federasiyaları Birliyi (IAAF) hələ nəticəni təsdiqləməyib. Əvvəlki rekord həmyerlisi İbrahim Kiptuma (58 dəqiqə 18 saniyə) aid idi, o 28 oktyabr 2018-ci ildə İspaniya Valensiyasında bu rekorda imza atmışdır. Qeyd edək ki, Kopenhagendə yarışmaq üçün Kipsang sentyabrın 27-dən oktyabrın 6-dək Dohada (Qətər) keçiriləcək Dünya Atletika Çempionatındakı çıxışından imtina etmək qərarına gəldi.