Çavuşoğlu: "İlhaq planı İsrailin irqçi, aparteid rejiminə çevrildiyini göstərir"


Dünya 15 Sen 2019 19:13:00 283 0

Çavuşoğlu: "İlhaq planı İsrailin irqçi, aparteid rejiminə çevrildiyini göstərir"

"İsrailin baş naziri Benyamin Netanyahunun gələn həftə keçiriləcək seçkilərdən sonra İordan çayının qərb sahilindəki əraziləri ilhaq etmək niyyətində olduğunu bildirməsi İsrailin irqçi və aparteid rejiminə malik olduğunu göstərir" - deyə, Türkiyənin xarici işlər naziri bildirib.

Çərşənbə axşamı Netanyahu deyib ki, İsrailin 1967-ci ildə işğal etdiyi və fələstinlilərin gələcəkdə bir dövlət kimi görmək istədiyi İordan çayının qərb sahilinin bir hissəsi olan İordan Vadisini ilhaq edəcək. Onun bu açıqlaması Yaxın Şərq xalqlarının, Avropa qüdrətlərinin və ərəb xarici işlər nazirlərinin narahatlığına səbəb olub.

Türkiyənin Xarici İşlər Nazirliyi "İslam Əməkdaşlıq Təşkilatı"nın (İƏT) bazar günü Ciddə şəhərində keçiriləcək yığıncaqda Netanyahunun açıqlamasının müzakirə ediləcəyini demişdi.

Ciddədə çıxışı zamanı Mevlut Çavuşoğlu Netanyahunun planını utandırıcı adlandırıb və bunun çərşənbə axşamı keçiriləcək seçkilər öncəsi səs qazanmaq üçün "alçaldıcı" bir cəhd olduğunu deyib.

Çavuşoğlu reaksiya verməyən müsəlman ölkələrini tənqid edib. "Bəzi ölkələr tərəfindən dəstəklənən İsrail, onu irqçi, aparteid rejiminə çevirən təcavüzkar siyasətini davam etdirir" - deyə, Çavuşoğlu dövlətin Anadolu xəbər agentliyinə bildirib.