Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib


Digərləri 15 Sen 2019 18:30:48 160 0

Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib

Bakı. Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Hərbi orkestr Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib. Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin