2ci dəfə ana olmasını hər kəsdən gizlətdi


Digərləri 15 Sen 2019 18:12:00 214 0

2ci dəfə ana olmasını hər kəsdən gizlətdi

"Karib dənizinin quldurları" filminin ulduzu, məşhur İngiltərə aktrisası Kira Naytli ikinci dəfə ana olub.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, həyat yoldaşı, "Klaxons" qrupunun musiqiçisi Ceyms Rayton və övladları ilə bərabər gəzintiyə çıxan aktrisa paparazzi kameralarına tuş gəlib. Jurnalistlər onun övladının nə cinsini, nə də doğum tarixi və yerini müəyyən edə bilməyib.

Kiranın hamilə olması hələ bu ilin mayında məlum olsa da, o, ana olmasını ictimaiyyətdən gizlədə bilmişdi. 

Qeyd edək ki, 2013-cü ildə ailə həyatı quran cütlüyün 2014-cü il doğumlu Eddi adlı qız övladı da var.

(adsgarden = window.adsgarden || []).push({});