Türkiyə Respublikasının Vitseprezidenti Azərbaycana rəsmi səfərə gəlib


Siyasət 15 Sen 2019 18:17:00 195 0

Türkiyə Respublikasının Vitseprezidenti Azərbaycana rəsmi səfərə gəlib

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hərbi orkestr Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib.

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.