Qiyamət gününün ssenarisi:


Digərləri 15 Sen 2019 18:09:00 229 0

Qiyamət gününün ssenarisi:

Səhv təhlükə siqnalına reaksiya və ya lokal münaqişənin eskalasiyası ABŞ və Rusiya arasında nüvə müharibəsinin başlamasına səbəb ola biləcək ən real senarilərdir.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq Təhlükəsizlik Mərkəzinin rəhbəri, akademik Aleksey Arbatov deyib.

Xatırladaq ki, dünən Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov nüvə müharibəsinin başlaması riskinin olduğunu bəyan edib.

"Strateji stabillik sahəsindəki vəziyyət pisləşməyə davam edir. Təəssüf ki, bu, faktdır, danılmaz faktdır. Risklər də artmaqdadır... hətta tərəflərin nüvə münaqişəsini başlamaq niyyətinin olmadığı vəziyyətdə belə, nüvə müharibəsinin başlaması riski var. Xüsusilə son il ərzində mənfi dinamika müşahidə olunur", - Ryabkov deyib.

Akademik Arbatov güman edir ki, əgər nüvə münaqişəsi başlasa bu qəsdən edilməyəcək, belə ki, heç bir tərəf qələbə qazanmaq niyyəti ilə nüvə müharibəsini başlamır: hər iki tərəf bilir ki, belə bir müharibədə qələbə qazanmaq mümkün deyil.

"Rusiyanın ABŞ-a və ya ABŞ-ın Rusiyaya qəsdən hücum etməsi ağlabatan senari deyil. Burada başqa səbəblər barədə narahat olmaq lazımdır", - Arbatov vurğulayıb.

Texniki nasazlıq

Mütəxəssisin sözlərinə görə, nüvə müharibəsinin başlamasına texnika ilə bağlı problemlər səbəb ola bilər.

"Birincisi, nüvə münaqişəsi raket hücumuna qarşı xəbərdarlıq sistemlərində texniki nasazlıqlar səbəbindən başlaya bilər. Onlar (xəbərdarlıq sistemləri - red.) müntəzəm olaraq səhv xəbərdarlıq verirlər və böhran vəziyyətində  tərəflərdən bir bu xəbərdarlıqlara çox sərt reaksiya versə, nüvə müharibəsi başlaya bilər", - Arbatov deyib.

(adsgarden = window.adsgarden || []).push({});