Milyarder oğlunun aktrisa ilə qeyriadi toyu


Dünya 15 Sen 2019 17:31:00 257 0

Milyarder oğlunun aktrisa ilə qeyriadi toyu

23 milyard dollarlıq sərvətin varisi, britaniyalı milyarder Devid Rubenin kiçik oğlu -oğul Devid toyunu dünyanın istənilən sarayların birində keçirmək imkanına sahib olan şəxslərdən biridir. Ancaq o, toyunu qeyri-adi təmtəraqla təşkil edib.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, kolumbiyalı aktrisa Karolina Guerra ilə evlənən milyarder oğlu toyunu səhranın düz ortasında keçirib. Belə ki, toy ABŞ-ın Nevada ştatının Blek-Rok səhrasında, "Burning Man" festivalında baş tutub.

Mətbuat yazır ki, dəvətli qonaqlar toya qeyri-adi hippi libasında gəliblər. Bəy özü də toyuna köhnə Hollivud filmi "Oz ölkəsinin sehrbazı"-nın qəhrəmanı Dəmir Drovoseki xatırladan gümüşü kostyum geyinib. Gözəllik yarışmalarının keçmiş iştirakçısı olan 33 yaşlı gəlin isə qayışlardan tikilən "çılpaq" paltar seçib. Əslində bunu heç paltar da adlandırmaq olmazdı, çünki gəlinin çox az yerlərini örtürdü. Gəlinin ayağında isə platforma altlıqlı çəkməyə oxşayan nəsə olub.

"Gözəl bir qadın tərəfindən sevilməyim böyük xoşbəxtlikdir",- deyə Devid Ruben toyunda bildirib.

Bildirilir ki, musiqi şirkətinin icraçı direktoru olan 39 yaşlı Ruben Los-Ancelesdə yaşayır. Karolina isə Amerika serialındakı "Animal Kingdom" rolu ilə məşhurlaşıb.

(adsgarden = window.adsgarden || []).push({});