“Klublarımızda mahnılarımıza “səviyyəsizdir” deyib, səsləndirmirlər”


Şou-biznes 15 Sen 2019 17:28:00 213 0

“Klublarımızda mahnılarımıza “səviyyəsizdir” deyib, səsləndirmirlər”

Aparıcı Samir Bayramlı klublarda yerli müğənnilərimizin mahnılarının səsləndirilməməsindən şikayətlənib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, o, bu barədə "Facebook"da status yazıb:

"Niyə klublarda müğənnilərimizin mahnıları səsləndirilmir? Dünyanın hər yerində ən elit, səviyyəli klublarda ən çox səsləndirilən öz ifaçılarının mahnılarıdır. Bizdə isə mahnı istəyəndə deyirlər ki, səviyyəsizdir. Səbəb? Ölkədə nömrə bir olan müğənnilərinin heç birinin mahnısı klublarda səsləndirilmir. Maraqlıdır və mənasızdır".