Elmar Məmmədyarov Avropaya rəsmi səfərə gedib


Siyasət 15 Sen 2019 17:17:00 274 0

Elmar Məmmədyarov Avropaya rəsmi səfərə gedib

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-Taca rəsmi səfərə, ardınca İtaliya Respublikası və Macarıstana işgüzar səfərə yola düşüb.

Bu barədə Son.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib

Səfərlər çərçivəsində nazir E.Məmmədyarovun qarşı tərəfin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi, həmçinin Budapeştdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) xarici işlər nazirlərinin görüşündə və TDƏŞ Nümayəndəliyi Ofisinin açılışında iştirakı nəzərdə tutulur.