Bu hadisə Azərbaycanda baş verib "VAZ 2104"dən təhlükəli manevr


Digərləri 15 Sen 2019 17:07:00 238 0

Bu hadisə Azərbaycanda baş verib  "VAZ 2104"dən təhlükəli manevr

Masallıda baş verən qəza kameraya tuş gəlib. 

Son.az Baku.ws-ə istinadən xəbər verir ki, Masallının Qızılvar kəndində "VAZ 2104" markalı avtomobil manevr edərkən yolun əks istiqamətinə çıxıb və bu zaman qarşıdan gələn "VAZ 2107" markalı avtomobillə toqquşub.  Hadisə zamanı xəsarət alan olmayıb. Yolun kənarında oturan şəxs isə qəzadan bəxti hesabına sağ xilas olub. 

Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. 

Son.az