İranda qadınların stadionda futbol izləmələrinə icazə verildi


Dünya 15 Sen 2019 16:41:00 246 0

İranda qadınların stadionda futbol izləmələrinə icazə verildi

Oktyabrın 10-dan başlayaraq İranda qadınlar stadionlarda futbol oyunlarını izləyə biləcəklər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İranın vitse-prezidenti Hüseyn Əli Əmiri məlumat verib. O bildirib ki, hazırda ölkənin bütün stadionlarında yenidənqurma işləri aparılır. Qadınların stadiona daxil olmaları üçün xüsusi keçidlər qurulur və kişilərdən ayrı oturmaları üçün bölmələr inşa edilir.

Vitse-prezident deyib ki, futbol kimi maraqlı bir oyuna baxmaq hüququnu qadınlardan almaq olmaz.

Xatırladaq ki, sentyabrın 10-da stadiona daxil olmağa cəhd edən 29 yaşlı qadın azarkeş Səhər Xudayari tutularaq məhkəməyə verilmişdi. Məhkəmənin ona cəza verməsini öyrənən S.Xudayari özünü yandıraraq öldürüb. Bundan sonra Beynəlxalq Futbol Federasiyaları Assosasiyası (FİFA) İran hökumətini tənqid edərək məktub göndərib. Məktubda tələb edilirdi ki, qadınların hüquqları pozulmasın və onların stadiona maneəsiz daxil olmalarına icazə verilsin. Əks təqdirdə İranın Milli Futbol Federasiyasına sanksiyalar tətbiq olunacaq. Bu isə onu deməyə əsas verirdi ki, İranın milli komandası beynəlxalq yarışlara buraxılmayacaq.

Lakin İran hökuməti məsələni həll edərək sanksiyaların tətbiqinə imkan yaratmadı.

(adsgarden = window.adsgarden || []).push({});