“Saçların tökülməsinin səbəbləri...”


Digərləri 15 Sen 2019 15:59:00 227 0

“Saçların tökülməsinin səbəbləri...”

"Saç insanın ən təbii aksessuarıdır"- deyirlər.  Bir tərəfdən də bu təbii aksesuar insanların yaralı yeri,  əhəmiyyətli problemlərindən biridir.

Yaşından aslı olmayaraq, saçın tökülməsi istənilən şəxsdə narahatlıq yaradır. Xüsusilə gənclər bunu daha ağır qəbul edirlər.  

Son.az bildirir ki, saç tökülməsinin səbəbləri,  saça mənfi təsir edən məsələlər barədə həkim-trixoloq Gültəkin Abdullayeva Modern.az-a ətraflı müsahibə verib.

 - Saçı tökülən insan ilkin olaraq nə etməlidir, ümumiyyətlə, bu prosesin konkret səbəbləri varmı?

- Bəzən saç genetik səbəbdən tökülür, amma insanlar bunu başqa  hadisələrlə əlaqələndirməyə başlayırlar.  İlk növbədə saç tökülməsi problemi olan adam həkimə müraciət etməlidir. Elələri də olur ki, həkimə müraciət etmədən əvvəl mezoterepiya edən mütəxəssisə üz tuturlar.  Həmin mütəxəssis bəzi hallarda kömək edə bilsə də, əksər hallarda   müalicənin təsiri olmur, əksinə vaxt uzanır.  Mezoterapistdən də lazımi köməyi ala bilməyəndə həkimə müraciət edirlər.  Bu yanaşma düzgün deyil. İlk olaraq trixoloji diaqnostikadan keçmək lazımdır.  Çünki bəzən olur ki, insanlar külli miqdarda pul töküb müxtəlif klinikalarda analizlər verirlər. Halbuki həmin analizlər səbəbin aydınlaşdırılması üçün önəmli olmur.  Trixonoloji diaqnostika isə pasientə hansı analizlərin verilməsinin lazım olduğunu göstərir. Əgər analiz  verilən nahiyələrdə problem olarsa,  o istiqamətdə müalicə aparılır və saç tökülməsinin qarşısını almaq mümkün olur.

- Qəbul etdiyimiz ağrıkəsicilərin, dərmanların saçlarımız üçün   mənfi təsiri ola bilər?  

- Elə hal olur ki, pasient  təlaşla müraciət edir ki, saçım səbəbsiz yerə tökülür. 3-4 ay əvvəl hər hansı xəstəlik yaşadığını, qəbul etdiyi dərmanların ona mənfi təsirini unudur.  Xüsusilə qadınların hormonal problemlərlə bağlı qəbul etdiyi dərmanların bəziləri anında, bəziləri də tədricən öz mənfi təsirini  göstərir.  Əgər xəstənin  hər hansı orqanı ilə əlaqədar saç tökülürsə, o zaman həmin o orqanın müalicəsi saç tökülməsinin müalicəsi ilə eyni zamanda davam etdirilir.

- Neçə yaşdan sonra saçların tökülməsi normaldır?  

- 35 yaşdan sonra  saçların bölünmə, artma keyiyyəti azalmağa doğru gedir. Lakin androgenetik tökülmə var ki,  bu da özünü 15-16 yaşında  cinsi hormonlar ifraz olunmağa başlayan zaman göstərə bilər.  Ona  görə də tökülmə ilə əlaqədar konkret bir yaş demək olmur. Lakin saçı gur və heç bir problemi olmayan insanda belə 35 yaşdan sonra saç tökülməyə və daha gec uzanmağa başlayır.   Saçın tökülməsi genetik cəhətdən də ola bilər. Əgər ananın saçı hər hansı səsəblə tökülübsə, bu, gələcəkdə  uşaqda və ya qadının nəvəsində özünü göstərə bilər. Ümumiyyətlə, genetika elə bir anlayışdır ki, onun övladda, yoxsa nəvə-nəticələrdə, hansı nəsildə özünü göstərəcəyi  bəlli deyil.  Genetik səbəbdən dolayı saçın gələcəkdə tökülüb tökülməyəcəyini uşağın 15-16 yaşı olanda  bilmək olur.

  - Saçlarmızın tökülməsi kimi problemimizin olduğunu nə vaxt bilə bilərik, yəni nə qədər tük töküldükdə?  

- Saçın tökülməsini tökülən tükün miqdarı ilə yox, saçda yaranan seyrəlmə ilə bilmək olar. Bəzən elə hal olur ki, pasientin saçından 3-5 tel düşür, lakin narahat olur. Bəzi insanlar da olur ki, saçı darayarkən çox tökülsə də, bunu problem etmirlər. Buna da səbəb birinci şəxslərdə artıq 3-5 tüklə seyrəkliyin yaranması, ikinci qrupda isə tökülməyə rəğmən saçda  fərqin olmamasıdır. Buna görə də  saçın tökülməsi zamanı dərinin görünməsi,  seyrəlmənin müşahidə olunduğu bir vaxtda həkimə müraciət etmək lazımdır.  Ümumiyyətlə, saçı  xeyli miqdarda tökülən, lakin sonradan bərpa olunan insanların  saç tökülməsi ilə bağlı həkimə müraciət etməsinə heç bir ehtiyac yoxdur.

- Qadınlar son zamanlar keratinlə saçlarını düzləşdirirlər və ya qaynaq edirlər, buna münasibətiniz necədir ?

- Keratinlə saç düzləşdirmək, qaynaq həm saçı tökür, həm də uzanmasına mane olur.  Keratinlə saç düzləşdirən ustalar işlərini tərif edib deyirlər ki, proseduru  həyata keçirərkən  istifadə edilən məhsulun tərkibi ziyanlı deyil, vitamin var. Lakin saçın strukturunu dəyişən kimyəvi maddə necə ziyansız ola bilər. Hansı ki o maddə buruq saçı tamamilə düz edir. Tərkibində nə qədər vitamin olsa da, kimyəvi maddələrsiz  bu cür proseduru yerinə yetirmək mümkünsüz olar. Həmin maddələr də  hamıya bir cür təsir edir. Elə insanlar var ki,  saçları çox güclü olur və ziyan az dəyir. Lakin  demək olar ki, əksər hallarda saçda mənfi təsirlərin çox olması ilə üzləşirik. Qaynaq isə saçın çəkisini olduğundan daha ağır edir ki, bu da tökülmə və ya saçın çox gec uzanması  ilə nəticələnir.  Ciddi ehtiyac olmadığı halda bəylərə dəsaç əkilməsi  məsləhət deyil. Əgər bir yerə cərrahi müdaxilə olunursa,  qan dövranının pozğunluğu və s. kimi problemlərin müşahidə olunması normal haldır.  Lakin saç  örtüyünü heç bir vasitə ilə bərpa etmək mümkün deyilsə, cərrahi müdaxilənin müsbət tərəfini, yəni görüntünü əsas götürmək lazımdır.  Lakin 25 yaşdan aşağı kişilərdə, yəni saç örtüyü tam zədələnməmiş şəxslərdə müalicə ilə daha müsbət nəticə əldə etmək olar, nəninki cərrahi müdaxilə ilə.

- Fəsil dəyişkənliyi, stress saçlarımızı tökə bilər?  

- Fəsil dəyişkənliyi  saç tökülməsinə səbəb ola  bilər.  Xüsusilə payızda, avqust-sentyabr aylarında saçı tökülənlərin sayı artır.  İnsanlar da var ki, qış aylarında düzgün qidalanmır. Belə olan halda yaz aylarında həmin şəxslərdə saç tökülməsi müşahidə oluna bilir.  İnsan əhval-ruhiyyəsinin də  saça xüsusi təsiri var. Ümumiyyətlə, stress mənşəli saç tökülməsi hallarına tez-tez rast gəlirik.   Bu cür mənşəli tökülmə digər səbəblərdən dolayı saç tökülmələri içərisində ən ağırıdır.   Bu hal necə baş verir? Orqanizmdə olan bütün orqanlar kimi baş dərisinin də sinir və damar təchizatı var.    Stress zamanı saç dərisində xüsusi maddələr əmələ gəlir ki, bu da saçların ətrafında yığışaraq ümumi saçın fəaliyyətini pozur.  Hansısa güclü stress  keçirmiş və ya  psixoloji  gərginlik vəziyyətində olan  insanların saçında təbii olaraq hər zaman  problem yaranır.

- Dieta saxlayanda çəki itiririk, eyni zamanda da saçlarımızı. Bunun səbəbi  nədir?

(adsgarden = window.adsgarden || []).push({});