PKK uşaqların orqanlarını satır


Dünya 15 Sen 2019 14:35:00 233 0

PKK uşaqların orqanlarını satır

YPG-PKK terror qruplaşması Suriyanın Hasekə və Qamışlı bölgəsində orqan ticarəti ilə məşğul olan səhra xəstəxanası yaradıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, terrorçuların zorla sıralarına cəlb etdiyi şəxslər vuruşmağa razılaşdığı halda PKK cərgələrində xidmətə, razılaşmadığı halda isə sözügedən xəstəxanaya orqanlarının çıxarılması üçün göndərilir.

Xəstəxana yaxınlığında onlarla azyaşlının meyitinin tapıldığı bildirilir. Orqan mafiyaları satılan orqanlar qarşılığında terrorçulara silah verir.