Anasıyla mübahisə edən atasını bıçaqlayıb öldürdü: "Anama qışqırma!"


Dünya 15 Sen 2019 13:53:00 214 0

Anasıyla mübahisə edən atasını bıçaqlayıb öldürdü: "Anama qışqırma!"

Türkiyənin Muratpaşa vilayətində gənc, anasıyla mübahisə edən atasını qətlə yetirib.

Son.az "Bizimyol.info"ya istinadən bildirir ki, ailə başçısı Halil İbrahim B. bir tanışı üçün bankdan kredit götürüb. Lakin, sonradan, kreditin ödənilmədiyini görən Hatice, B. Halil İbrahimlə mübahisə etməyə başlayıb.

Halil İbrahim Haticeyə "ödənilməyibsə, ödənilməsin, mən özüm ödəyərəm pulu!" deyərək səsini yüksəldib.

Cütlüyün hadisəyə şahid olan övladı Salih B. atasından anasına qışqırmamasını tələb edib. Bu sözdən sonra Halil Haticeylə yox, Salihlə mübahisə etməyə başlayıb. Söhbətin get-gedə davaya çevrildiyini görən Salih, mətbəxdən iti bıçağı götürərək atasını qətlə yetirib. Halil İbrahim qanlar içində yerə yıxılıb.