Şövkət Ələkbərova heç kimin onu elə görməsini İSTƏMƏDİ


Kriminal 15 Sen 2019 14:00:00 230 0

Şövkət Ələkbərova heç kimin onu elə görməsini İSTƏMƏDİ

Son.az bildirir ki, Modern.az "Məşhurların son günü" adlı rubrikada növbəti təqdimatı görkəmli sənətkar, Azərbaycanın Xalq artisti Şövkət Ələkbərovaya həsr olunur.

Rubrikamızda hər kəsin tanıdığı simaların ölümündən az öncə ailəsinə, övladlarına, dostlarına dediyi son sözlər və ya vəsiyyəti barədə danışılır.

Arayış:  Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub.

15 yaşında musiqi müsabiqəsində qalib gəlib. Bəstəkar Üzeyir Hacıbəyov və müğənni Bülbül onun istedadını qiymətləndirib. Şövkət Ələkbərova Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdiktən sonra səhnə yaradıcılığına başlayıb.

1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edib və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edib. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxuyub və Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olub. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoyub.  Peşəkar müğənni karyerasına Üzeyir Hacibəyovun dəvəti ilə Azərbaycan Dövlət Xorunda başlayıb.

1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. Böyük Vətən müharibəsi illərində cəbhəyə qastrol səfərlərinə gedərək orada vətənpərvərlik mahnıları ifa edib.

1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanıb. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi.

Keçmiş SSRİ-nin bir çox şəhərlərində,  Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına "Segah", "Qatar", "Şahnaz" kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.

Azərbaycan mahnıları və muğamları ilə bərabər, türk, fars və ərəb dillərində də mahnılar oxuyub.

Onun ailə həyatı çox ağır olub. İki dəfə ailə qurub. Birinci nikahından qızı Natella dünyaya gəlib. Həyat yoldaşı çox cavan rəhmətə gedib.

İkinci evliliyindən oğlu Bəşir doğulub. Bəşir dünyaya gələndən  bir neçə il sonra ikinci həyat yoldaşı - rejissor Lətif Səfərov intihar edəb.

Şövkət Ələkbərova 7 fevral 1993-cü ildə (70 yaş) vəfat edib və Bakıdakı Fəxri Xiyabanda dəfn edilib.

Şövkət Ələkbərova ilə bağlı suallarını onun gəlini - Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin direktoru Gülnarə Səfərova cavablanıdırıb.

"Şövkət Ələkbərova səhnədə daim xanım-xatun, gülərüz olub. Evdə isə Şövkət xanım çox sadə, mehriban və qayğıkeş bir ana olub. Şövkət xanımın bir qızı, bir oğlu olub. Lakin övladlarından başqa Şövkət xanım öz qardaşı uşaqlarına da baxıb. İkinci Dünya Müharibəsi zamanı Şövkət xanımın böyük qardaşı Mir Ələkbər itkin düşüb və yoldaşı da dünyasını dəyişib. Onların qızı Validə isə onda bir neçə aylıq körpə olub və Şövkət xanım ona öz qızı kimi baxıb, böyüdüb, boya-başa çatdırıb. Validə üçüncü sinifdə oxuyarkən məktəbdə öyrənib ki, Şövkət xanımın öz qızı deyil. Lakin Şövkət xanım ona "qızım, düzdür, mən sənin əslində bibinəm, amma səni anan kimi çox istəyirəm, sən mənim doğma balamsan" deyib. Validə Şövkət xanımın tərbiyəsini alıb böyüdü və Şövkət xanım onu gəlin köçürdü. Validə xanım həmçinin Şövkət xanımdan musiqi savadı alıb.

Validədən başqa Şövkət xanım qardaşı Mir Şəfehin 2 övladı - Sevda və Eldara da baxıb, evində saxlayıb. Bu isə o deməkdir ki, Şövkət xanım 5 uşaq tərbiyə edib. O, həmişə hamıya əl tutub".

Müsahibimiz deyir ki, Şövkət Ələkbərova nəinki səsiylə, insanlığı, humanistliyi, yardımsevərliyi ilə seçilən şəxsiyyət olub.

"Şövkət Ələkbərova həm də gözəl müəllimə idi. O, Azərbaycanın hər qarışını diyar-diyar gəzib istedadlı uşaqları seçib Bakıya gətirirdi".

Gülnarə xanım deyir ki, Şövkət Ələkbərovanın Bakıya gətirdiyi həmin uşaqlar Bülbül adına orta ixtisas məktəbidə və Asəf Zeynallı adına musiqi texnikumunda təhsillərini davam etdiriblər:

"Şövkət xanımın dərs dediyi uşaqlar onun ana qayğısı altında təhsil alırdılar. O, həmişə deyirdi ki, bu uşaqların anaları burda yoxdur, deməli onların anası mənəm. Həmin uşaqları evə gətirəndə birinci növbədə onlar üçün özü yemək bişirərdi. Daim tələbələrinin problemlərini öyrənib onlara köməklik göstərərdi".

Gülnarə xanımın Şövkət Ələkbərovadan danışarkən dərin xəyala dalması, həsrət və özləmin səsində yaratdığı titrəmə sanki onun gəlini ilə deyil, qızıyla danışdığımızı hiss elətdirirdi.

Gülnarə xanım:

"Mən Şövkət xanıma qayınana kimi baxmamışam. Mən həmişə ona Azərbaycan Xalq artisti Şövkət Ələkbərova kimi baxmışam. Bizim aramızda çox böyük hörmət olub. Mən onu həmişə "Şövkət xanım" deyə səsləyirdim. Amma o, mənə qarşı olduqca sadə, mehriban və qayğıkeş yanaşırdı. Mənə qarşı çox diqqətcil idi, maraqlanırdı. Əhvalım olmayan kimi dindirib-danışdırardı. Məni özüylə məşqlərə aparardı, özüm də musiqiçi olduğum üçün məşqlərdə iştirak etmək mənə maraqlı idi və o, bunu bilirdi. Çox xoşbəxtəm ki, Şövkət xanımın evində olmuşam.

Mən onun evinə gələndə 18 yaşım var idi. Həmişə deyirəm ki, anam məni həyata gətirib, tərbiyə verib, amma mən həyat dərsini Şövkət xanımdan almışam. Bizi yaxından tanıyanlar həmişə deyir ki, sən necə Şövkət xanıma bənzəyirsən... Buna səbəb o idi ki, məndən aslı olmadan onun hansısa sözlərini, hərəkətlərini, xasiyyətin hansısa çələngini baxıb götürmüşəm. Ola bilər ki, bu oxşarlıq ondan qaynaqlanır.

(adsgarden = window.adsgarden || []).push({});