Bir şəklin tarixçəsi


Digərləri 15 Sen 2019 13:40:00 239 0

Bir şəklin tarixçəsi

Bu gün Bakının bolşevik-daşnak birləşmələrinin işğalından azad olunması günüdür.

Son.az Modern.az-a istinadən təqdim etdiyi bu fotoşəkil də həmin dönəmi - 101 il əvvəli əks elətdirir.

Zaman - 1918-ci ilin avqust ayı... Məkan Azərbaycan...

Komandan Nuru Paşanın rəhbərlik etdiyi Osmanlı Ordusunun Bakıya gəlişi gözlənilir. Həmin ərəfədə - 1918-ci il iyulun 31-də Bakıdakı sovet hakimiyyəti böhrana düşərək iyulun istefaya getdi. Onun yerində qondarma "Sentrokaspi diktaturası" adlı hökumət quruldu. "Sentrokaspi diktaturası" azərbaycanlılar və türklərdən ibarət Qafqaz İslam Ordusunun qarşısını almaq üçün Böyük Britaniyaya müraciət etdi. Və Britaniya general Lionel Çarlz Denstervilin komandanlığı altında "Dunsterforce" adlanan hərbi kontingingenti Azərbaycanda qurulan "Sentrokaspi diktaturası"ının dəvəti ilə təcili olaraq Bakıya yeritdi.

Və bu şəkildən göründüyü kimi, Britaniya ordusunun general-mayoru Denstervilin komandanlığı ilə "Dunsterforce" birləşməsi artıq Bakıdadır.

Birləşmədə Kral Hərbi-Dəniz Qüvvələrinin dəniz piyadaları taburu, polkovnik-leytenant Faviellin 39-cu piyada briqadası, Uels şahzadəsinin 7-ci Şimali Staffordşir taburu, Kral Yorkşir 9-cu taburu və Vusterşir polkunun 9-cu taburu vardı.

(adsgarden = window.adsgarden || []).push({});