Sabirabadda maşın su kanalına aşdı,


Digərləri 15 Sen 2019 12:34:00 215 0

Sabirabadda maşın su kanalına aşdı,

Sabirabadda ölümlə nəticələnən yol qəzası baş verib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Sabirabad-Padar yolunda olub. Hərəkətdə olan  "Vaz 2106" markalı minik avtomobili yoldan çıxaraq su kanalına  aşıb. Hadisə nəticəsində sürücü, 54 yaşlı Saatlı rayon sakini Nizami  Əliyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son.az