ABŞdan şok:


Dünya 15 Sen 2019 12:04:00 205 0

ABŞdan şok:

ABŞ Dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanının şərqindəki "Saudi Aramko" şirkətinə məxsus neft emalı zavodlarına təşkil edilən hücumda İranın əli olduğunu bildirib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, Pompeo Tehranın Krallığa 100 hücum təşkil etdiyini bildirib:

"İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Cavad Zərif diplomatiya ilə maraqlanırmış kimi görünsə də, Səudiyyə Ərəbistanına qarşı təşkil edilən 100-ə yaxın hücumun arxasında Tehranın əli var. İran dünya enerji tarixində bu günə qədər misli görünməmiş hücum təşkil etdi. Bu hücumu Yəmənin etməsi ilə bağlı fakt yoxdur. Bütün dünyanı açıq və sərt şəkildə İranın hücumlarını qınamağa çağırırıq. İran bu hücuma görə məsuliyyət daşıyır".

Qeyd edək ki, Səudiyyə Ərəbistanının şərqində "Saudi Aramko" şirkətinə məxsus iki neft emalı zavoduna PUA ilə təşkil edilən hücum nəticəsində böyük yanğınlar baş verib.