Yenə terror:


Dünya 15 Sen 2019 12:10:00 280 0

Yenə terror:

"Aş-Şabab" qruplaşmasının silahlıları Somalidə səkkiz məmuru qətlə yetirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Orta Şabelle əyalətinin qubernatoru və avtomobildə onunla birgə olan daha dörd məmur yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində həlak olub.

Eyni gündə Keniya ilə sərhəddə yerləşən Beled-Xavo şəhərində rayon administrasiyasının üç əməkdaşı öz evlərində tutularaq öldürülüb.

Hər iki hücumun məsuliyyətini "Aş-Şabab" qruplaşması üzərinə götürüb.