Çiyələk ceminin hazırlanması Usta öz sirlərini açır


Digərləri 15 Sen 2019 11:22:00 259 0

Çiyələk ceminin hazırlanması  Usta öz sirlərini açır

Son.az Lent.az-a istinadən növbəti maraqlı resepti oxucularına təqdim edir.

Bu dəfə sizi sosial şəbəkədə "Ağababa Ağababa" adı ilə məşhur olan səhifəyə istinadla çiyələk ceminin resepti ilə tanış edəcəyik.

Tərkibi:

1,5 kiloqram çiyələk, 1 limonun suyu, 800 qram şəkər tozu.

Hazırlanma qaydası:

Çiyələkləri yuyub, süzgəcdə suyunu quruduruq. Təmizləyib, qazana yığıb, öz suyu ilə zəif odda bişiririk. Çiyələk bişərkən üzərində əmələ gələn köpükləri yığırıq. Sonra limon şirəsini töküb, şəkər tozunu əlavə edirik. Bişdikcə onu taxta qaşıqla əzirik. Cemi bişirdikdən sonra istədiyiniz qatılığı əldə edilibsə, ocaqdan götürürük. Daha sonra bankalara yığıb ağzını möhkəm bağlayır və sərin yerdə saxlayırıq.

(adsgarden = window.adsgarden || []).push({});