“Azərbaycan, gəldik!” deyən


Digərləri 15 Sen 2019 11:10:00 48 0

“Azərbaycan, gəldik!” deyən

Azərbaycan tarixi üçün ən önəmli tarixlərdən biri 15 sentyabrda Bakının erməni işğalından azad edildiyi gündür. Həmin hadisədən bir əsrdən artıq vaxt keçsə də,  bizim hər birimiz üçün bu gün qürurverici, həyəcanlı gündür. O böyük zəfər gününün memarı Osmanlı dövlətinin Hərbiyyə naziri Ənvər Paşanı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı, onun şanlı əsgərlərini minnətdarlıq hissiylə yad etməklə bərabər 1918-ci ildə baş vərmiş hadisələrin bəzi məqamlarını gəniş oxucu auditoriyası ilə bölüşmək, dəyərli oxucularla həmin günlərə xəyalən ricət etmək istəyirəm.

25 oktyabr (7 noyabr) 1917-ci ildə Rusiyada çarizm quruluşunun çökməsiylə dünyanın siyasi mənzərəsində əhəmiyyətli dəyişikliklər yarandı. 18 dəkabr 1917-ci ildə Ərzincanda  Rusiya ilə Osmanlı dövləti, 3 mart 1918-ci ildə Brest-Litovskda Rusiya ilə Almaniya arasında sülh müqaviləsinin imzalandı. Bu müqaviləyə əsasən Rusiya Osmanlı dövlətinin 1877-1878-ci illərdəki sərhədlərini tanıdı və Əlviə-i səlasə adlanan ərazilərin (Ardahan, Kars və Batumun) Osmanlı dövlətinə qaytarılmasına razı oldu. Birinci dünya müharibəsinin iştirakçısı olmaqdan imtina ədən rus qoşunları Cənubi Qafqazdan çəkilib gədəndə öz silahlarını könüllü şəkildə ermənilərə təhvil vərdilər. Qısa müddət ərzində sürətlə silahlanan ermənilər hərbi birləşmələr yaradırdılar. Məqsəd türklərin yaşadıqları ərazilər hesabına müstəqil dövlət qurmaqdı.

XIX əsrin axırlarında Yaxın və Orta Şərqdə, xüsusən İran və Osmanlı coğrafiyasında yaşayan ermənilər mütəşəkkil və məqsədyönlü şəkildə Bakıya axışıb gəlirdilər. 1916-cı ildə Bakıya gəlib yerləşən  ermənilərin sayı  40 mini keçmişdi (Bax:http://elib.shpl.ru/ru/nodes/41514-ch-3-naselenie-vyp-1-gor-baku-1916#mode/inspect/page/126/zoom/8). Bakı Xalq Komissarları  Sovetindəkilərin dəstəyinə güvənən ermənilərin 1918-ci ilin martında  Bakıda, Şamaxıda, Qubada, Kürdəmirdə, Göyçayda törətdikləri vəhşət və insanlıqdan uzaq hərəkətləri Osmanlı dövlətinin hiddətinə səbəb oldu. Osmanlı dövlətinin Hərbiyyə naziri Ənvər Paşa dönəmin sultanı Mehmet Rəşada ( 14.04.1909- 03.07.1918 ) Azərbaycanı erməni vəhşiliyindən qurtarmaq üçün təcili əməli tədbir görülməsinin zəruriliyi haqqında məruzə etdi.

Osmanlılar Azərbaycana edəcəkləri hərbi yardımın beynəlxalq güclərin, ilk növbədə Rusiya, İngiltərə və Almaniyanın hiddətinə səbəb olacağını çox yaxşı bilirdilər. Ona görə də münasib şəraitin yetişməsini gözlədilər. 28 May 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Demokratik Cümhuriyyətinin rəsmiləri  (M. Ə. Rəsulzadə və H. Hacınski) 2 iyun 1918-ci ildə Ənvər Paşadan Azərbaycana hərbi yardım göstərməsini xahiş etmişdilər. 4 iyun 1918-ci ildə Batumda bağlanan müqavilənin 4-cü maddəsi (daxili sabitliyi təmin etmək və milli müstəqilliyi qorumaq üçün Osmanlı dövləti Azərbaycan Demokratik Cümhuriyyətinin istəyi ilə ona  hərbi yardım göstərməyi təəhhüd götürür) Osmanlı dövlətinə qardaş Azərbaycana yardım göstərməyə hüquqi əsas verdi. Hadisələri diqqətlə izləyən və Osmanlı dövlətinin Azərbaycana hərbi yardım niyyətindən əndişələnən Almaniya, Rusiya və İngiltərə hərəkətə keçdi. Osmanlı dövləti Almaniya və Rusiyanı sakitləşdirmək, sabiq və yeni müttəfiqini arxayınlaşdırmaq  üçün təşkil olunan hərbi birləşmənin adını Qafqaz İslam ordusu adlandırdı və bu ordunun Osmanlı dövləti ilə əlaqəsi olmadığını bəyan etdi.

Həmin orduya alınan əsgəri mənsubların hamısının, hətta komandan Nuru Paşa da daxil olmaqla, rəsmi olaraq   Osmanlı ordusundan ixrac edilməsi barədə əmr imzalandı. Osmanlı rəsmiləri sovet Rusiyasının xarici işlər naziri Q. Çiçerinə və  onun Almaniyadakı həmkarına Qafqaz İslam Ordusu ilə heç bir bağlılıqlarının olmadığını bildirsələr də buna  nə ruslar, nə də almanlar inandı. Osmanlıların Bakıya gəlişinin qarşısını almaq üçün Böyük Britaniya da qəti tədbirlərə əl atdı. General L. Denstervilin komandanlığı altında "Dunsterforce" adlanan hərbi kontingingent Sentrokaspi adlanan oyuncaq hökumətin dəvəti ilə təcili olaraq Bakıya yeridildi. Bakı şəhəri beynəlxalq güclərin mənafelərinin toqquşduğu meydana çevrildi. Bütün hüquqi və hərbi maneələrə, erməni daşnak quldurlarının fitnə-fəsadlarına baxmayaraq Qafqaz İslam Ordusu inamla Bakıya, qan qardaşlarının xilasına doğru hərəkət edirdi. Ermənilərə yardıma gəlmiş "Dunstetforce" mənsublarından biri bu hadisəni bu şəkildə qələmə almışdır: "There seemed nothing to prevent the Turks to put the whole region under their control. The Azerbaijani Muslims were opposed to any resistance to the Turks for they were only too happy to see a Turkish take-over of the whole country. The Armenians, although fearful of such a possibility, were exhausted and disorganiscd and therefore not able to participate in any kind of opposition to the Turks." - Belə görünürdü ki, bölgəni tamamən  nəzarət altına almaqdan  türkləri heç nə saxlaya bilməzdi. Azərbaycanlı müsəlmanlar türklərin hər yeri öz nəzarət altına almalarına çox sevinirdilər və onlara  hər hansı bir müqavimətin əleyhində idilər. Ermənilər isə bunun mümkünlüyü qorxusundan  çökmüş, perik düşərək türklərə heç bir duruş gətirə bilmirdilər." (Bax: Ludcndorff, My war memoirs, II, p. 659)  

Osmanlı dövlətinin sədrəzəmi ( baş naziri ) Tələt Paşa Rusiya Xarici İşlər Naziri Q. Çiçerini əmin etmişdi ki, türklər Bakını ilhaq etməyə gəlmirlər, orada asayişi bərpa etdikdən sonra yenidən geri qayıdacaqlar. Bu səbəbdən də Moskvadan gələn təlimata əsasən Bakı Xalq Komissarları Soveti ingilis generalı L. Denstervilə Bakıya gəlməyə rəsmi icazə verməmişdi. Buna baxmayaraq, S. Şaumyan və A. Mikoyan gizlində ingilis generalına teleqraflar vurur, nəyin bahasına-olursa olsun onu türklərin Bakıya gəlişinin qarşısını almağa çağırır və ona əllərindən gələn bütün köməyi edəcəklərini yazırdılar. ( Bax: History of the Great War, pp. 103-104 ) General L. Denstervilin sözlərinə görə, 26 iyul 1918-ci ildə Bakı Xalq Komissarlığının süqutundan sonra onun yanına gəlmiş erməni milli şurasının Bakı təmsilcisi Araratyants adlı bir nəfər ingilis hərbi kontingentinin  azsaylı olmasından çox məyus olmuş, yağlı dilini işə salıb  hər vasitəylə onu Bakıya əlavə hərbi qüvvələr gətirməyə razı salmağa çalışırmış. Aydın görünür ki, ermənilər mart ayındakı əməllərinə görə cəzalandırılmaq vahiməsindən nə edəcəklərini bilmirlərmiş. İngilis generalı onu türklərə qarşı təhrik və təşviq etməyə çalışan erməni Araratyantsa "türklərlə siz özünüz vuruşmasanız biz heç nə edə bilmərik."  deyib. ( Bax: The adventures of Dunsterforce, p. 216 )

Qüdrətli Osmanlı və Azərbaycan əsgərlərinin qarşısında duruş gətirməyə gücü və cəsarəti olmayan ermənilərin qorxaqlığı ingilis generalını hiddətləndirmişdi: "The Armenians attempted bravado but during Ottoman attacks, tended to hang back or melt away- Ermənilər xoruzlanmağ cəhd edirdilər, amma Osmanlılar hücuma keçəndə onlar daldalanmağa meyillənir, ya da ortadan yox olurdular." Hətta Biləcər ətrafında Osmanlıların ilk atəşindən ermənilər elə pərən-pərən olmuşdular ki, tək başına qalmış zavallı kanadalı zabitin də əsir düşməkdən başqa  çarəsi olmayıb.

Türklərin  şəhərə girməsinin an məsələsi olduğunu anlayan S. Şaumyan və quldur bandası lap əvvəlcədən qarət etdikləri əşyaları 13 katerə yükləyib  Bakıdan qaçmışdılar. Onlardan heç nə ilə fərqlənməyən Sentrokaspi "liderləri" də fərarilik üçün girəvə axtarırdılar. Ağqvardiyaçı Biçeraxovun və  Dokuçayevin kazak dəstələri, Korqanovun muzdluları Osmanlının zərbindən darmadağın olmuşdular. Bu hadisələrin bilavasitə  iştirakçısı və Qafqaz İslam Ordusuna qarşı döyüşlərin komandanı olmuş general L. Denstervil dərk edir ki, qorxaq erməni başıpozuqlarına güvənib  türklərin qarşısını almaq nəzəri və praktik baxımdan imkansızdır.  O anda ingilis generalı bu hərəkata başlayandan bəri, bəlkə də, ən doğru qərar qəbul edir: ingilis qüvvələri təcili olaraq Bakını tərk etməlidirlər. Həmin məqamı L. Denstervil özü belə təsvir etmişdir:

"No power on earth can save Baku from the Turks. To  continue the defence means only to defer the evil moment  and to cause further needless loss of life- Yer üzündə heç bir güc Bakını TÜRKlərdən qurtara bilməz. Müdafiəni davam etmək fəlakət anını ancaq gecikdirməkdir, lüzumsuz yerə insan həyatına bais olmaq deməkdir." İngilislərin Bakını tərk etmək haqqında qərarını duyan ermənilər şivən qoparırlar ki, biz şəhərdən qaçıb gedənə kimi Bakıdan çıxmayan. Yoxsa  türklər şəhərə girən kimi yerli əhali bizim dərimizə saman təpəcək. İngilis generalı da onlara ürək-dirək verir ki, arxayın olun, amma yubanmayın. Bizim türklərə qarşı  savaşmağa nə yetəri gücümüz, nə də həvəsimiz var. Geciksəniz özünüzdən küsün.

Bakı cəbhəsinin o vaxt ümumi uzunluğu 29 km. imiş və bunun da 13 km.-i dağlıq, təpəlik və qayalıq yerlər olduğundan Sentrokaspi "strateqləri" və daşnaklar o ərazilərdən türklərin hücum edəcəyini güman etmirdilər. Lakin Nuru  Paşanın  qəhrəman əsgərləri məhz az ehtimal olunan yerlərdən hücum edərək 15 avqust 1918-ci ildə şəhərə hakim Bibiheybət və Badamdar yüksəkliklərini tutmağa nail olmuşdular. Türklər istəsəydilər ən qısa zamanda şəhərə də daxil ola bilərdilər. Bunu ingilis generalı Denstervil özü də etiraf edir. Lakin artıq qan tökülməsininin qarşısını almaq və şəhərdən qaçmağa çalışanlara imkan  vermək  məqsədilə türklər bir  müddət fəal hərbi əməliyyatı dayandırdılar. Həlledici döyüş ərəfəsində cəbhədə qəribə sükut vardı. Hər iki tərəf səbrlə  gözləyirdi. 8 sentyabrda şanlı Çanakkale diviziyası da Bakını fəth edəcək  orduya köməyə yetişdi. Nuru Paşa öz əsgərlərinə mənəvi dəstək vermək və onların əhval-ruhiyyəsini yüksəltmək üçün 10 sentyabr 1918-ci ildə Bakıya gəldi. 12 sentyabr 1918-ci ildə Osmanlı ordusuna mənsub ərəb mənşəli bir fərari ingilislər tərəfə  keçərək türklərin 14 sentyabrda həlledici son döyüşə keçəcəyini xəbər verir. Lakin artıq gec idi.

14 sentyabr sübh saat 4-də türk artilleriyasının sürəkli və şiddətli yaylım atəşi yeri-göyü titrətdi. Zorla səngərdə dayanmağa məcbur edilmiş  ermənilər qaçıb gizlənməyə yer tapa bilmirdilər. Onlar ingilisləri beynəlxalq məhkəməylə qorxudur, Biçeraxovu hədələyir , Dokuçayevi söyür, Şaumyana lənətlər yağdıra-yağdıra gücləri gəldikçə şəhərin mərkəzinə doğru qaçır, özlərini İrana, Ənzəliyə, Dərbəndə, Krasnovodska gedəcək gəmilərə yetirməyə çalışırdılar. Sanki mart ayında Azərbaycan türklərinə qənim kəsilən, silahsız insanlar qarşısında kəkələnən bunlar deyilmiş.  

Birdenbire gök kubbe dolar velvelelerle,

Atlar koşar ön safta kabarmış yelelerle!

Yerlerde  nasıl  fışkırmaktadır al kan..

Her an tutuşur toprağın altındaki volkan!

Etrafa saçılmakta cehennemden alevler,

Tunç topların ağzıyla homurdanmada devler...

(adsgarden = window.adsgarden || []).push({});
Bölgədəki hərbi baza və gəmilərini vuracaqdıq... like
  • 15 Sen 11:04  
Dünya Bölgədəki hərbi baza və gəmilərini vuracaqdıq...

İki min kilometr məsafəyə qədər ABŞ-ın bölgədəki bütün hərbi baza

arrow Ətraflı
Yaponiya ABŞdan gətirilən şərab və mal əti qiymətlərini nəzərdən keçirəcək like
  • 15 Sen 10:59  
Dünya Yaponiya ABŞdan gətirilən şərab və mal əti qiymətlərini nəzərdən keçirəcək

Yaponiya, ABŞ ilə ikitərəfli ticarət müqaviləsi imzaladığı təqdirdə,

arrow Ətraflı
Siz hələ belə dəqiq qadın sürücüyə rast gəlməmisiniz like
  • 15 Sen 10:49  
Dünya Siz hələ belə dəqiq qadın sürücüyə rast gəlməmisiniz

Kadrlar az müddət ərzində 10 milyondan çox baxış yığıb

arrow Ətraflı
Azərbaycanda avtobusda qadınlar arasında saçyoldu like
  • 15 Sen 10:44  
Digərləri Azərbaycanda avtobusda qadınlar arasında saçyoldu

Azərbaycanda sərnişin avtobusunda qadınlar arasında dava düşüb.

arrow Ətraflı
ABŞda da atışma olub: like
  • 15 Sen 10:39  
Dünya ABŞda da atışma olub:

ABŞ-ın Vaşinqton ştatının Siettl şəhərində baş verən atışma nətic

arrow Ətraflı
Yaponiya ABŞ-dan gətirilən şərab və mal əti qiymətlərini nəzərdən keçirmək niyyətindədir like
  • 15 Sen 10:35  
Digərləri Yaponiya ABŞ-dan gətirilən şərab və mal əti qiymətlərini nəzərdən keçirmək niyyətindədir

Yaponiya, ABŞ ilə ikitərəfli ticarət müqaviləsi imzaladığı təqdirdə,

arrow Ətraflı
Bayram Nurlu gecə klubunda xanımla dodaqdodağa like
  • 15 Sen 10:34  
Şou-biznes Bayram Nurlu gecə klubunda xanımla dodaqdodağa

Ekstrasens Bayram Nurlunun barda görüntüləri yayılıb.

arrow Ətraflı
Lənkəranda təhlükəli tapıntı like
  • 15 Sen 10:24  
Digərləri Lənkəranda təhlükəli tapıntı

2019-cu il 14 Sentyabr tarixində saat 15:58-də Daxili İşlər Nazirliyinin

arrow Ətraflı
Bu ölkədə silahlı qarşıdurma: like
  • 15 Sen 10:14  
Dünya Bu ölkədə silahlı qarşıdurma:

Mərkəzi Afrika Respublikasında iki silahlı qrup arasında baş verən qarş

arrow Ətraflı
Tərtər, Ağdam, Füzuli rayonlarının kəndləri atəşə tutuldu  ERMƏNİ TƏXRİBATI like
  • 15 Sen 10:09  
Digərləri Tərtər, Ağdam, Füzuli rayonlarının kəndləri atəşə tutuldu ERMƏNİ TƏXRİBATI

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Paytaxtda 68 yaşlı kişi meyiti tapıldı like
  • 15 Sen 10:04  
Digərləri Paytaxtda 68 yaşlı kişi meyiti tapıldı

Paytaxtda mənzildən kişi meyiti tapılıb.

arrow Ətraflı
Özcan Deniz xəstə bacısını atıb like
  • 15 Sen 09:59  
Digərləri Özcan Deniz xəstə bacısını atıb

Aktyor-müğənni Özcan Denizin ürək xəstəsi olan bacısı Gülcan Deniz on

arrow Ətraflı
Türkiyədə gün ərzində altı zəlzələ olub like
  • 15 Sen 09:54  
Dünya Türkiyədə gün ərzində altı zəlzələ olub

Türkiyənin Çankırı vilayətinin Çerkes bölgəsində üç zəlzələ baş

arrow Ətraflı
Atəşkəs bu gecə də pozuldu - 22 dəfə like
  • 15 Sen 09:52  
Digərləri Atəşkəs bu gecə də pozuldu - 22 dəfə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Serdar Ortaçdan boşanıb, Dubaya getdi like
  • 15 Sen 09:49  
Digərləri Serdar Ortaçdan boşanıb, Dubaya getdi

2014-cü ildə nikah masasına oturduğu müğənni Serdar Ortaçla boşandıqd

arrow Ətraflı