Paytaxtda 68 yaşlı kişi meyiti tapıldı


Digərləri 15 Sen 2019 10:04:00 224 0

Paytaxtda 68 yaşlı kişi meyiti tapıldı

Paytaxtda mənzildən kişi meyiti tapılıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Oleq Ladimireviç Aleksandrovun meyitini aidiyyəti üzrə təhvil veriblər.