Dronların hücumları Səudiyyə Ərəbistanın neft sənayesinə ciddi ziyan vurub


Dünya 15 Sen 2019 09:23:00 206 0

Dronların hücumları Səudiyyə Ərəbistanın neft sənayesinə ciddi ziyan vurub

Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkətinə pilotsuz uçuş aparatlarının hücumları nəticəsində ölkənin neft istehsalı və ixracına ciddi ziyan dəyib.

Son.az Trend-ə istinadən bildirir ki, hücum səbəbindən neft hasilatı gündə 5 milyon barelə qədər azalıb.

Bu, Səudiyyə Ərəbistanının indiki neft istehsalının yarısını təşkil edir.

Qeyd edək ki, "Ənsar Allah" (husilər) Yəmən üsyançı hərəkatının tərəfdarları Abkayk və Xurays yataqlarının ərazilərində neft obyektlərinə zərbələr endirən 10 dronun buraxılmasına görə məsuliyyət öz üzərinə götürüb. Nəticədə həmin obyektlərdə yanğın başlayıb.