Kanadada atışma:


Dünya 15 Sen 2019 09:29:00 210 0

Kanadada atışma:

Kanadanın Missisoqa şəhərində (Ontario vilayəti) baş verən atışma nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə sentyabrın 14-də axşam saatlarında baş verib. Hadisə yerinə gələn polis öldürülən kişinin, qadının və iki yeniyetmənin də olduğu dörd yaralanan şəxsləri tapıb.

Ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bağlanıb.