Türkiyədə yol qəzası:
Dünya 15 Sen 2019 09:18:00 231 0
Türkiyənin Antalya vilayətində baş verən qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Son.az Trend-ə istinadən bildirir ki, hadisə Manavgat rayonunda Akseki-Manavgat yolunda baş verib. Avtomobil yolun kənarındakı ağaclara çırpılıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Daha sonra onlardan biri xəstəxanada həyatını itirib.
Mənbə: milli.az