Səudiyyə Ərəbistanın neft sənayesinə dronların hücumlarına görə ciddi ziyan dəyib


Digərləri 15 Sen 2019 08:43:00 215 0

Səudiyyə Ərəbistanın neft sənayesinə dronların hücumlarına görə ciddi ziyan dəyib

Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkətinə pilotsuz uçuş aparatlarının hücumları nəticəsində ölkənin neft istehsalı və ixracına ciddi ziyan dəyib

Bakı. Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkətinə pilotsuz uçuş aparatlarının hücumları nəticəsində ölkənin neft istehsalı və ixracına ciddi ziyan dəyib. Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi bildirib. Məlumata əsasən, hücum səbəbindən neft hasilatı gündə 5 milyon barelə qədər azalıb. Bu, Səudiyyə Ərəbistanının indiki neft istehsalının yarısını təşkil edir.