Kanadada naməlum şəxslər atəş açıb


Digərləri 15 Sen 2019 07:08:00 201 0

Kanadada naməlum şəxslər atəş açıb

Kanadanın Missisoqa şəhərində (Ontario vilayəti) baş verən atışma nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb

Bakı. Kanadanın Missisoqa şəhərində (Ontario vilayəti) baş verən atışma nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə "CBC" telekanalı bildirib. Məlumata əsasən, hadisə sentyabrın 14-də axşam saatlarında baş verib. Hadisə yerinə gələn polis öldürülən kişinin, qadının və iki yeniyetmənin də olduğu dörd yaralanan şəxsləri tapıb.