Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb


Digərləri 15 Sen 2019 03:04:15 174 0

Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb

Paytaxtda mənzildən kişi meyiti tapılıb

Bakı. Paytaxtda mənzildən kişi meyiti tapılıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə,"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Oleq Ladimireviç Aleksandrovun meyitini aidiyyəti üzrə təhvil veriblər.