Kəndlilərə yetmiş faiz güzəşt var: bircə qeydiyyat tələb olunur


Digərləri 14 Sen 2019 23:51:00 233 0

Kəndlilərə yetmiş faiz güzəşt var: bircə qeydiyyat tələb olunur

Sentyabr ayından etibarən "Aqrolizinq" ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, "Aqrolizinq" ASC-dən verilən məlumata görə, ilk səyyar satış Şəmkirin ucqar dağ kəndi olan Ələsgərli, Yeni Göyçə, Çənlibel, Gədəbəyin Saratovka kəndində baş tutub. Sentyabr ayının 14-də Saratovka kəndində keçirilən satış zamanı 50 vətəndaş müraciət edərək 11,9 ton ammofos gübrəsi alıb. Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər. Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1652 çağrı mərkəzi və (+99451) 2559383 əlaqə nömrəsinə müraciət edə bilərsiniz.