​​​​​​​Kartof suyunun faydaları


Digərləri 14 Sen 2019 23:25:00 307 0

​​​​​​​Kartof suyunun faydaları

Kartof yay-qış demədən əksər yemək və salatda istifadə etdiyimiz sevimli tərəvəzlərdəndir. Bəs kartof suyunun çox faydalı olduğunu bilirsinizmi?

Kartof suyu içmək xalq təbabətində geniş yayılmış üsullardandır. Qastrit, xora kimi mədə xəstəliklərində faydalı sayılır. Orqanizmdə qan dövranının yaxşılaşmasına kömək edir.

Kartof suyu bol orqanik turşu, mineral, ferment tərkiblidir. Xüsusilə səhər acqarına içilən kartof suyu həzm sisteminin normal işləməsinə, qəbizlik, ishal, şişkinlik, mədə qıcqırması və həzmsizlik kimi problemlərə qarşı müalicəvi təsir göstərir. Səhərlər içilən kartof suyu reflüks xəstəliyinə qarşı da faydalıdır.

Son.az e-tibb.az-a istinadən bildirir ki, səhərlər acqarına içilən kartof suyunun bədəndən bütün zərərli toksinləri atdığına dair araşdırma nəticələri var.

Kartof suyu tərkibinə görə bağırsaq xərçəngindən qoruyur. Fol turşusu və dəmir baxımından zəngin olduğu üçün qırmızı qan hüceyrələrinin hazırlanmasında böyük rol oynayır. Yəni, kartof suyu qan azlığı - anemiya riskini azaldır.

Kartof suyunun tərkibindəki asit mədənin PH səviyyəsini tənzimlədiyindən mədədəki turşuluğun artmasını azaldır. Mədə turşuluğu ilə yanaşı, mədə sancısı olanlara da kartof suyu içmək tövsiyə edilir. Bununla, mədə xərçəngi, qastrit, kolit kimi risklər də azalmış olur.

Bundan başqa, kartof suyunun tərkibindəki zəngin üzvi birləşmələr revmatizm, oynaq problemlərinin aradan qaldırılmasına da yardım edir.

Kartof potasium qaynağı olduğundan yüksək təzyiqli insanlarda pozitiv nəticələrə səbəb olur. Yetərli potasium qəbulu həm də ürək xəstəlikləri riskinin azalmasına təsir edir.

(adsgarden = window.adsgarden || []).push({});