​​​​​​​Seks həyatınızı məhv edən 4 ərzaq


Digərləri 14 Sen 2019 22:57:00 223 0

​​​​​​​Seks həyatınızı məhv edən 4 ərzaq

Balanslaşdırılmış formada qidalanmaq seks həyatının vacib aspektlərindən biridir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bu barədə məşhur dietoloq Liza Devis özünün "Təmiz yemək, çirkli seks" kitabında yazıb. Müəllif sekslə dieta arasında əlaqəyə dair araşdırma aparıb.

Beləliklə, sizin seks həyatınızı nə məhv edə bilər? Dietoloq 4 ərzağın adını çəkir və bunlardan istifadə etməyin çox da arzu edilən olmadığını bildirir.

Çaxır

Məlum olur ki, bu populyar içki göründüyü kimi zərərsiz deyilmiş. Devisin sözlərinə görə, bu alkoqol qadınlarda quruluğa səbəb olur ki, bu da cinsi əlaqə üçün böyük narahatlıq deməkdir. Bundan əlavə, çaxır kişilərdə testosteron hormonunu aşağı salır, bu isə ehtiraslanmağa mənfi göstərir.

Makaron yeməkləri

Ağ un orqanizmdə şəkəri və insulini qaldırır. Eyni zamanda yumurtalıqda kistaların inkişafına səbəb ola bilər. Bununla birlikdə hormonal balansı pozur. Bundan əlavə, karbohidratlardan çox istifadə etmək diabet və piylənməyə gətirir ki, bu da öz növbəsində, cinsi funksiyaya mənfi təsir göstərir.

(adsgarden = window.adsgarden || []).push({});