Bəziləri "R" hərfini niyə deyə bilmir?


Digərləri 14 Sen 2019 22:05:00 304 0

Bəziləri "R" hərfini niyə deyə bilmir?

"R" hərfini yanlış tələffüz edən insanlara yəqin siz də rast gəlmisiniz. Bu hal rotasizm adlanır. Bəs, niyə bəzi insanlar "R" hərfini düzgün tələffüz edə bilmirlər?

Rotasizm artikulyasiya pozğunluğu nəticəsində yaranır, əsasən, uşaqlarda, bəzən isə böyüklərdə də müşahidə olunur. Bir sıra hallarda bir qrupdan, ya da fərqli qruplardan olan bir neçə səsin qeyri-düzgün tələffüzünə rotasizm deyilir. Normal vəziyyətdə "R" hərfinin tələffüzü zamanı dil üst damağa, ön dişlərə tərəf qalxmalı, müvafiq səsi yaradan titrəyişi əmələ gətirməlidir. Rotasizm zamanı isə bu proses pozulur.

Rotasizmin baş vermə səbəbləri müxtəlifdir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, "R" səsini tələffüz edərkən, dil, yaxud da dodaqların yanlış yerdə olması ilə bağlı rotasizm baş verir. Məsələn, bu, dilçəyin yanlış titrəyişindən, dil, yaxud dodağın sürüşməsindən asılı ola bilər.

Eşitmənin pozulması da səbəblər arasındadır. Anadangəlmə patologiya, yaxud eşitmə qabiliyyətini zəiflədən soyuqdəymə nəticəsində uşaq, sadəcə, "R" hərfini düzgün necə tələffüz etmək lazım olduğunu eşitmir.

Bunan başqa, dilin müxtəlif travmaları, alt, yaxud üst çənədə dişlərdən birinin olmaması, dilin, dişlərin, damağın quruluşunun anadangəlmə olaraq normal insanlardakından fərqlənməsi nəticəsində də "R" hərfinin tələffüzünün çətinləşməsi mümkündür.

Rotasizmin əsas səbəbi kimi daha çox danışıq aparatının patologiyası göstərilir, məsələn, dilin birləşdirici pərdəsinin - dil bağının çox qısa olması kimi...

Bəzi pozuntular ana bətnində inkişaf prosesində formalaşır, digərləri isə həyatın gedişində yarana bilir.

Patologiya genetik də ola bilər. Məsələn, irsi əlamət olaraq nadir rast gəlinən dişləri və alt çənənin irəli çıxmasını qeyd etmək olar. Həmçinin, əgər ata və ana "R" hərfini düzgün tələffüz edə bilmirsə, uşaq da böyük ehtimalla eyni problemi yaşayacaq.

Uşaqların çoxu əvvəldən düzgün danışa bilmirlər, amma böyüdükcə onların nitqi düzəlir. Çox şey uşaqların ətrafındakı böyüklərdən asılıdır. Əgər valideynlər uşaqların səhvini düzəltmirsə, bu qüsur axıra kimi qala bilər.

(adsgarden = window.adsgarden || []).push({});