“Zelenskiyə Moskvaya güzəştə getmək üçün təzyiq edirlər” –


Dünya 14 Sen 2019 22:07:00 246 0

“Zelenskiyə Moskvaya güzəştə getmək üçün təzyiq edirlər” –

Donbasdakı münaqişənin nizamlanması üçün yaradılmış kontakt qrupundakı Kiyevin nümayəndəsi, Ukraynanın keçmiş prezidenti Leonid Kuçma "Normand dördlüyü"nün sammitində Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin Ukrayna Prezidenti Vladimir Zelenskiyə Moskvaya güzəştə getmək üçün təzyiq göstərə biləcəyindən narahatlığını ifadə edib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Kuçma deyib:

"Mənim az ümidim qalıb... Zelenski üçün çox çətin olacaq - o, təkbaşına üçlüyə qarşı dayanmalı olacaq".

L.Kuçmanın sözlərinə görə, o, Almaniya və Fransa liderlərinin V.Zelenskiyə təzyiq edərək Donbasda yerli seçkilərin keçirilməsi məsələsində kompromisə getməyə inandıracağından ehtiyat edir.

Daha əvvəl Fransa və Almaniya "Normand dördlüyü" formatında görüşə hazırlaşdıqlarını elan ediblər.