Ölümü proqnozlaşdıran qan


Digərləri 14 Sen 2019 22:10:00 235 0

Ölümü proqnozlaşdıran qan

Həkimlər insanın ölüm vaxtını təxmin edə biləcək qan testi yaradıblar. Almaniya və Hollandiyadan olan tədqiqatçılar insanın on il ərzində ölüb-ölməyəcəyini  80%-dən çox dəqiqliklə müəyyənləşdirməyə imkan verən texnologiya hazırlayıblar.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bu metod 18 yaşından 109 yaşına kimi olan 44168 insanla bağlı aparılan tədqiqat məlumatları əsasında hazırlanıb.

Məlumatlar qanda 226 fərqli maddənin ölçüsünü və ölüm vaxtını əhatə edir. Məlum olur ki, tədqiqat aparılan 17 il ərzində izlənilən 44168 nəfərdən 5512 nəfəri ölüb.

Tədqiqatçılar 1997-ci ildən 7603 finlandın olümünü qabaqcadan proqnozlaşdırmaq üçün qanın 14 parametrindən istifadə ediblər. Müşahidə müddətində 1213 finland ölüb.

Bu araşdırma nəticəsində 5 və 10 il ərzində ölüm proqnozu 83% dəqiqliklə olub. Amma bu dəqiqlik yaşı 60-dan çox olanlar arasında 72%-ə düşüb.

Bu 14 markerdən əksəriyyəti çoxdan məlumdur. Məsələn, qanda şəkərin miqdarı, "pis xolesterin", iltihabla əlaqəli doymamış yağ turşuları, böyrək və qaraciyər problemlərini göstərə bilən albuminlərlə əlaqəli amillər və s. Ancaq digərləri, məsələn, asetoasetat ölümlə o qədər də açıq şəkildə əlaqələndirilmir və bir sıra əlavə tədqiqat tələb edir.

(adsgarden = window.adsgarden || []).push({});