Saçlar niyə ağarır?


Digərləri 14 Sen 2019 21:35:00 262 0

Saçlar niyə ağarır?

Hamını ən çox maraqlandıran suallardan biri də budur ki, saçlar hansı səbəbdən rəngini itirir, ağarır? Bu prosesi sürətləndirən amillər hansılardı?

Son.az e-tibb.az-a istinadən bildirir ki, insan yaşlandıqca onun ağarmağa başlayan saçlarının sayı da çoxalır. Bəziləri bunu bədbəxtlik kimi qəbul etsə də, əslində bu normal bir haldır. Hər bir insanın saçını xüsusi hüceyrələrdə istehsal edilən piqment melanini - melanositlər rəngindəndir. Yaş artdıqca melanositlərin istehsalı azalır, parçalanmağa başlayır və yeni uzanan saç daha az piqment alır. Bu piqment tamamilə tükəndikdə saç rəngsiz, yəni ağ çıxmağa başlayır.

Normal halda 30 yaşını keçən hər bir şəxsdə saçları rəngləyən melanositlər hər on ildən bir 10-20  faiz arası azalmağa başlayır. Bəzi hallarda isə saç ağarması daha tez başlayır. Bu isə daha çox vaxt genetik xarakter daşıyır. Belə olduqda bu prosesin qarşını almaq demək olar ki, mümkün deyil. Bununla sadəcə, razılaşmaq lazımdır. Amma saç ağarmasını sürətləndirən başqa səbəblər də olur.

Ağ çalar zəif qidalanan orqanizmdə daha tez ortaya çıxır. Çünki bu zaman melanositlərdə fol turşusu, mis, yod, dəmir, kalsium, sink kimi vitaminlər, minerallar çatışmır.

(adsgarden = window.adsgarden || []).push({});